SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyi müəllimlərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi müəllimlərə xəbərdarlıq etdi

Tarix:

6-04-2017, 18:45

/ 110 970 dəfə oxundu.
Təhsil Nazirliyi müəllimlərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.
Nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: “Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir”.
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ