SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sakinlər 10 ildir mənzillərinə çıxarış ala bilmirlər

Sakinlər 10 ildir mənzillərinə çıxarış ala bilmirlər

Tarix:

10-12-2019, 17:16

/ 716 dəfə oxundu.
Sakinlər 10 ildir mənzillərinə çıxarış ala bilmirlər

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər...
"Report" xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya daxil olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunan və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından edirik. Artıq bir neçə gündür ki, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb və bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik. Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmayıb.

Şərhlər

XƏBƏR LENTİ