SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mehriban Əliyevanın nəcib təşəbbüsünə xələl gətirən məmurlar — Teleqüllə yaxınlığında əkilən ağaclar baxımsız vəziyyətə düşüb (FOTOLAR)

Mehriban Əliyevanın nəcib təşəbbüsünə xələl gətirən məmurlar — Teleqüllə yaxınlığında əkilən ağaclar baxımsız vəziyyətə düşüb (FOTOLAR)

Tarix:

9-12-2019, 15:08

/ 695 dəfə oxundu.
Mehriban Əliyevanın nəcib təşəbbüsünə xələl gətirən məmurlar — Teleqüllə yaxınlığında əkilən ağaclar baxımsız vəziyyətə düşüb (FOTOLAR)

Görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə əlaqədar olaraq ölkəmizin bütün rayonlarında ağac əkmə kampaniyası təşkil olunub.

Demokrat.az xəbər verir ki, Mehriban Əliyevanın bu nəcib təşəbbüsü Azərbaycanda və bir sıra xarici ölkələrdə böyük rəğbətlə qarşılanıb, dünya mediasının diqqətinə səbəb olub.

Ancaq Azərbaycanın Birinci vitse-prezidentinin bu cür əhəmiyyətli təşəbbüsünə çox təəssüf ki, bəzi məmurlar xələl gətirməyə çalışırlar. Buna misal olaraq paytaxtın Səbail rayonu, Bakı Televiziya Qülləsi (Teleqüllə) yaxınlığında əkilən ağacların baxımsız vəziyyətə düşməsi faktını göstərmək olar.

Təqdim etdiyimiz fotolardan da aydın görmək olur ki, sözügedən ərazidə bir neçə gün əvvəl əkilən ağaclar baxımsız vəziyyətə düşüb. Burada əkilən ağacların indiki vəziyyəti heç də ürəkaçan deyil. Baxmayaraq ki, əkilən ağaclara il boyu qulluq göstərilməsi vacib məsələdir. Ancaq hazırda Səbail rayonunun sözügedən ərazisində ağaclar baxımsız hal alıb.

Sözügedən ərazidə insanları ciddi narahat edən digər problem isə qanunsuz parklanma səbəbindən tıxacların yaradılmasıdır. Belə ki, Bakı Oksford Məktəbinin qarşısında qanunsuz şəkildə saxlanılan avtomobillər ərazidən keçən ensiz yolu daha da daraldır. Nəticədə günün əksər saatları Bakı Oksford Məktəbinin qarşısından keçən yolda tıxaclar yaranır, ərazidə yaşayan sakinlər isə saatlarla tıxacda qalıb gözləməli olurlar.

Ümid edirik ki, bütün bunlara cavabdeh olan qurumlar və məmurlar öz məsuliyyətsiz hərəkətlərini tezliklə anlayaraq səhvlərini düzəldəcəklər.
Mehriban Əliyevanın nəcib təşəbbüsünə xələl gətirən məmurlar — Teleqüllə yaxınlığında əkilən ağaclar baxımsız vəziyyətə düşüb (FOTOLAR)






Şərhlər

XƏBƏR LENTİ