XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xanım başçı Novxanıda sakinlərlə görüşdü - FOTO

Xanım başçı Novxanıda sakinlərlə görüşdü - FOTO

Xanım başçı Novxanıda sakinlərlə görüşdü - FOTO
5-12-2019, 15:43

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Novxanı kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayonun səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.
Bildirilib ki, rayonun daxili imkanları hesabına Novxanı kənd 7 saylı uşaq bağçasının istilik sistemi yenidən qurulub, bağçaya kombi sistemi çəkilib.

Əlavə edilib ki, Abşeronun digər kənd və qəsəbələrində olduğu kimi, Novxanı kəndində də əhalinin sayı surətlə artır. Bu səbəbdən də təbii olaraq müəyyən təlabatların yaranır və onların da qarşılanması üçün lazimi tədbirlər həyata keçirilir.

Sonra Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev hesabat xarakterli çıxış edərək görülən işlər, həyata keçirilən abadlıq-quruculuq tədbirləri barəsində məlumat verib.

Daha sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.

Çıxışçılar Novxanı kəndində yeni salınan məhəllələrə telefon xəttlərinin çəkilməsində, kənd içi marşrut xəttinin yaradılmasında, kənd ərazisində işıqforun quraşdırılmasında, yeni məktəb binasının tikilməsində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Xanım başçı Novxanıda sakinlərlə görüşdü - FOTO



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.