SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Antibiotiklərin həyatımızda rolu. DR. Cavanşir Məhərrəmovun müsahibəsi

Antibiotiklərin həyatımızda rolu. DR. Cavanşir Məhərrəmovun müsahibəsi

Tarix:

1-12-2019, 11:05

/ 3 030 dəfə oxundu.
Antibiotiklərin həyatımızda rolu. DR. Cavanşir Məhərrəmovun müsahibəsi

Bildiyiniz kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası ölkədə demək olar ki, ən qabaqcıl və tam müasir avadanlıqlarla təsis edilmiş klinikalardan biridir. Məhz buna görə Real.TV və İTV antibiotiklərlə bağlı reportaj hazırlayarkən ATU nin Tədris Terapiya Klinikasına müraciət etməli olublar. Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir. Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır. Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur. Antibiotiklər haqqında isə bizə daha ətraflı məlumatı həkim terapevt Cavanşir Məhərrəmov verib. Bildirmək istəyirik ki, bu sahədə kifayət qədər təcrübəsi olan həkim Cavanşir Məhərrəmov REAL TV kanalına verdiyi müsahibəsində və ITV də Verliş zamanı cıxışlarında xəstəliklər, onların ağırlaşmaları zamanı düzgün seçilən antibiotiklər,Dozlanmaları,taktik gediş sxemləri xəstəliklər onların ağırlaşmalarının daha sürətli aradan qalxması,lazımı effektiv nəticələrin əldə olunması üçün önəm daşıdığını və ANTİBİOTİKlərin insan orqanizmində heç bir asılılıq yaratmadığını geniş şəkildə ictimaiyyətə çatdırmağa çalışıb Xeber-Xetti.com saytının apardığı araşdırma zamanı məlum olub ki, həkim terapevt CAVANŞİR MƏHƏRRƏMOV bundan öncə Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardımda,EGE, Real hospitalda, HB Güvən Klinikalarında Təcili Yardım şöbəsinin müdiri vəzifəsində çalışmışdır Cavanşir Məhərrəmov fəaliyyət göstərdiyi müddətdə bir neçə dəfə müxtəlif mükafatlara layiq görülmüşdür Bu yaxınlarda isə göstərdiyi yüksək xidmətlər nəticəsində Cavanşir Məhərrəmov Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bizdə Xeber-Xetti.com saytı olaraq kollektivimiz adından həkim Cavanşir Məhərrəmova bu çətin və şərəfli yolda uğurlar arzulayıq.

Şərhlər

XƏBƏR LENTİ