TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ
“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”.
Bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir: “Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni, antibiotik həmin bakteriyaları məhv edə bilmir.
Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...