SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Adil Vəliyev bu ərazilərdən xəbərsizdir... - GİLEY

Adil Vəliyev bu ərazilərdən xəbərsizdir... - GİLEY

Tarix:

28-11-2019, 12:13

/ 1 311 dəfə oxundu.
Adil Vəliyev bu ərazilərdən xəbərsizdir... - GİLEY

Adil Vəliyev Sabunçu rayonuna icra başçısı təyin olunandan onun fəaliyyətindən narazı qalan vətəndaşların sayı günbəgün artır. Xüsusilə, Sabunçu rayonunun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə problemlərin sayı bitib-tükənmir. Bu günlərdə adıçəkilən rayonun “stansiya” adlanan ərazisinə təsadüfi səfərimiz bir daha sübut etdi ki, vətəndaşlar həqiqətən də haqlıdırlar. Bu ərazi zibilliklər və çirkab içində itib-batırdı. Palçıqlı və yararsız məhəllədaxili yollar, havada uçuşan selofan torbalar, yol boyu səpələnən zibillər, havadan gələn üfunət iyi əlaqədar qurumların hansı işlərlə məşğul olduğundan xəbər verirdi.

Vətəndaşlarla qısa söhbətimiz zamanı aydın oldu ki, onlar illərdi bu vəziyyətdə yaşamağa məhkum olunublar. Heç bir dövlət qurumu onların haqlı narazılıqlarına reaksiya vermir. Rayonun icra başçısı Adil Vəliyev isə ümumiyyətlə bu ərazilərdən xəbərsizdir. Sakinlər deyirlər ki, antisanitar vəziyyətin uzun müddətdir davam etməsinə görə uşaqlar müxtəlif yoluxucu xəstəliklərə tutulurlar.

DİA.AZ bildirir ki, rayon icra hakimiyyətinin nümayəndələrini isə ancaq, müxtəlif tikinti işləri apararkən görmək mümkündür. Bu zaman rayon icra hakimiyyətinin rəsmiləri tikinti aparılan ərazilərə təşrif buyururlar və pullarını alıb geri qayıdırlar. Dözülməz və acınacaqlı vəziyyətdə yaşayan sakinlər Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirlər. Sabunçu rayon icra hakimiyyətinin başçısı A. Vəliyev isə “Burada mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləməkdə davam edir.

Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ