XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirlər Kabinetində kadr islahatları: Hökumətin aktiv fəaliyyəti vacibdir - GƏLİŞMƏ

Nazirlər Kabinetində kadr islahatları: Hökumətin aktiv fəaliyyəti vacibdir - GƏLİŞMƏ

Nazirlər Kabinetində kadr islahatları: Hökumətin aktiv fəaliyyəti vacibdir - GƏLİŞMƏ
26-11-2019, 17:53

"Nazirlər Kabinetinin aktiv fəaliyyət göstərməsi çox vacibdir”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, bir müddət əvvəl dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabinetinə yeni rəhbərin təyin olunması ictimai fikirdə və mətbuatda bu strukturun daha da aktivləşməsinə gətirib çıxardı:

“Nazirlər Kabineti birbaşa nazirliklərin işini əlaqələndirən və prosesə ümumi nəzarət edən bir qurumdur. O baxımdan təbii ki, Nazirlər Kabinetinin gücləndirilməsinə ehtiyac var idi. Faktiki olaraq yeni baş nazirin təyin olunması bu məqsədə xidmət edirdi. Əli Əsədovun baş nazir təyin olunmasından sonra müşahidə edilən məsələlərdən biri də Nazirlər Kabineti daxilində aparılan kadr dəyişikliyidir. Nəzərə almaq lazımdır ki, aparat rəhbəri Nazirlər Kabinetinin ümumi fəaliyyətini tənzimləmək və proseslərə birbaşa təsir göstərmək səlahiyyətinə malikdir. Kifayət qədər gənc bir kadrın Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunması müsbət haldır”.

V.Bayramovun sözlərinə görə, ümumiyyətlə, bu strukturun fəaliyyətinin genişləndirilməsi və xüsusən proseslərə daha aktiv şəkildə müdaxilə imkanlarının olması vacibdir:

“Ələlxüsus, daha gənc və proseslərə innovativ yanaşan kadrların yüksək postlara təyinatı müsbət məqamdır. Bizim də gözləntimiz ondan ibarətdir ki, Nazirlər Kabinetində kadr ishalatları davam etdirilsin. Çünki nəticə etibarı ilə bu cür kadr dəyişiklikləri Nazirlər Kabinetinin ümumi işini sürətləndirəcək və daha da faydalı edəcək”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.