SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Təzə bazar” yanğından sonra: “Baxdım, ürəyim dayandı...” - VİDEO

“Təzə bazar” yanğından sonra: “Baxdım, ürəyim dayandı...” - VİDEO

Tarix:

4-04-2017, 13:19

/ 39 585 dəfə oxundu.
“Təzə bazar” yanğından sonra: “Baxdım, ürəyim dayandı...” - VİDEO

Ötən gecə Bakıda yerləşən “Təzə bazar”da yanğın baş verib. Yanğın bazarın meyvə-tərəvəz və geyim əşyaları satılan hissəsindən başlayıb, geniş ərazini əhatə edib. Hadisə yerinə xeyli sayda yanğınsöndürən briqadalar cəlb olunub. Təmninən 1 saat ərazində alovun qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, ümumi sahəsi 1,5 ha olan “Təzər bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bazarın digər hissəsi isə yanğından mühafizə olunub. Baş verən hadisə nəticəsində sahibkarlara küllü miqdarda ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin yanğın baş verən ərazidə araşdırma aparır. Bildirilib ki, araşdırmadan sonra dəyən ziyan açıqlanacaq.
Hadisə yerindən hazırladığı reportajı təqdim edirik:
AzVision

Şərhlər

XƏBƏR LENTİ