XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov rayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı pilot layihənin genişləndirilməsi ilə bağlı toplantı baş tutmuşdur

Nərimanov rayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı pilot layihənin genişləndirilməsi ilə bağlı toplantı baş tutmuşdur

Nərimanov rayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı pilot layihənin genişləndirilməsi ilə bağlı toplantı baş tutmuşdur
20-11-2019, 18:46

Nərimanov Rayon İcra Hakimiyyətində Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası ilə bağlı tədbir keçirilib.
Toplantıda Bakı Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Nərimanov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, rayonun digər xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik maarifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Qeyd olunub ki, layihə artıq öz müsbət nəticələrini verib. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur. Bunu Konsepsiyanı hazırlayan "Mott MacDonald" şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib. Layihə şəhərin təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığınızın qorunması, yeni ekoloji, sanitar mədəniyyətin formalaşması və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Qeyd edək ki, layihə Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir. Layihənin icrası zamanı Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülərin fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilib.

Nərimanov rayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı pilot layihənin genişləndirilməsi ilə bağlı toplantı baş tutmuşdur

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.