SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məişət tullantıları konsepsiyasının ilkin mərhələsi başa çatdı

Məişət tullantıları konsepsiyasının ilkin mərhələsi başa çatdı

Tarix:

13-05-2019, 14:30

/ 1 386 dəfə oxundu.
Məişət tullantıları konsepsiyasının ilkin mərhələsi başa çatdı

Ölkə başçısının tapşırıqlarına əsasən paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərdə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində məişət tullantıları ilə bağlı yeni konsepsiyası hazırlanması işləri aparır. Artıq bu işlərin birinci mərhələsi arxada qalıb.

Konsepsiyaya uyğun olaraq paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Bu mərkəzdə şirkət tərəfindən Böyük Britaniyadan Bakıya ezam olunmuş 2 mütəxəssi 2 həftə ərzində Nərimanov rayonu ərazisindən yığılmış məişət tullantılarının kompozisiyasının araşdırılması işlərini aparıblar. Eyni zamanda məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılıb. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.

Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkətinın nümayəndəsi Nick Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çəərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Pilot araşdırmaların məqsədi Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsidir. Konteynerlərdəki kompozisiyalar isə ayrıca ölçüləcək. Bu zaman həm də “Təmiz şəhər”lə əməkdaşlıq ediləcək, burada tullantıların daşınması işlərinin aparılması və vətəndaşların adaptasiyası prosesləri öyrəniləcək.

Şərhlər

XƏBƏR LENTİ