SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Döyüldüyünü iddia edən Gülağa Fərzəliyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"

Döyüldüyünü iddia edən Gülağa Fərzəliyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"

Tarix:

16-11-2019, 17:54

/ 810 dəfə oxundu.
Döyüldüyünü iddia edən Gülağa Fərzəliyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Facebook səhifəsində keçmiş hərbçi Güləli Fərziyevlə əlaqədar qaldırdığı məsələyə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev tərəfindən münasibət bildirilib.

Olduğu kimi təqdim edirik:

13.11.2019-cu il tarixində Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli tam orta məktəbdə səyyari görüşü keçirilib. Həmin görüşdə G.Fərziyev də iştirak edib, öz xahişlərini çatdırıb və bunun əsasında ona hüquqi izahatlar verilib. Bundan sonra G.Fərziyev qanunsuz tələblər irəli sürərək qəbul keçirilən zalı tərk edib. G.Fərziyev məktəbdən çıxan yolda kiminləsə mübahisə edib. Bu mübahisə baş verən zaman bizim cəmiyyətin üzvləri və İcra Hakimiyyətinin əməkdaşları tam heyətlə vətəndaşların qəbulunda iştirak edib və mübahisə barədə heç bir məlumatları olmayıb.

Buna baxmayaraq yaranmış konfliktin araşdırılması üçün rayon rəhbərliyi aidiyyəti üzrə tapşırıqlar verib və məsələ nəzarətə götürülüb.

Nizami rayonu ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqətdən G.Fərziyev də yararlanır. Onun sosial və məişət problemlərinin həllinə Rayon İcra Hakimiyyəti tərəfindən maksimum diqqət yetirilir və köməklik göstərilir.

G.Fərziyev rayonun Q.Qarayev prospekti 55 ünvanındakı binanın yaxınlığında təxminən 100 m2 torpaq sahəsində inşa edilmiş və hal-hazırda fəaliyyət göstərən ticarət obyektinin sahibidir.

G.Fərziyevin həyat yoldaşı 1993-cü ildən ümumi əsaslarla mənzil növbəsinə dayanıb.

10.05.2016-cı il tarixində G.Fərziyevə III qrup Qarabağ müharibəsi əlilliyi təyin edilib. O, imtiyaz hüququ qazandığı tarixdən (10.05.2016-cı il) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin imtiyazlı mənzil növbəsi siyahılarına daxil edilib.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı xüsusi proqram əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən G.Fərziyevin müraciətlərini nəzərə alaraq, Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin Nazirliyə 02.08.2016-cı il tarixli F-11/4-068/3-t/1 №-li məktubla müraciət edərək onun ailəsinin mənzillə təminatına köməklik göstərilməsini xahiş edib.

Lakin müraciətə müsbət cavab verilməmiş və bu da onunla əsaslandırılmışdır ki, G.Fərziyevin növbədənkənar mənzillə təmin olunması digər müharibə əlilləri və şəhid ailələrinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Bununla əlaqədar G.Fərziyev iddia ilə məhkəməyə müraciət etmiş və iddiaları qanunazidd olduğu üçün təmin olunmamışdır.

Güləli Fərziyev 19.08.1994-cü ildə Bakı Ali Dənizçilik məktəbinə xidmətə qəbul edilmiş və 28.12.1996-cı il tarixində “hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə” Azərbaycan Respublikasının Müdafiə nazirinin 01305 saylı əmri ilə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur (əsas: ZE № 0031165 Hərbi Bileti). Göstərilən fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 21.05.2019-cu il tarixli 695 №-li məktubu ilə təsdiq edilir.

Missiya.Az

Şərhlər

XƏBƏR LENTİ