Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan yaşayış binasının tikintisi davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir. İnşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq. Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir. Xətai rayonu, N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparılması təklif olunur.
xalqxeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...