SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti nə dərəcədə effektiv və şəffafdır?! – 500 000 manat hara xərclənir?

Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti nə dərəcədə effektiv və şəffafdır?! – 500 000 manat hara xərclənir?

Tarix:

15-11-2019, 15:56

/ 1 006 dəfə oxundu.
Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti nə dərəcədə effektiv və şəffafdır?! – 500 000 manat hara xərclənir?

2018-ci ilin 06 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fondun icraçı direktoru Elşad Əliyevdir.

1 il 6 ay fəaliyyət göstərən Fondun fəaliyyəti barədə qısa bir araşdırmağa qərarına gəldik və ilk növbədə “www.diaspora.foundation” ünvanında yerləşən rəsmi internet saytına nəzər yetirdik.
Azərbaycan Respublikasını beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək kimi müqəddəs bir vəzifəni özlərinə missiya kimi qəbul edən Azərbaycan Diasporuna Dəstək Fondunun internet saytında çoxlu suallarla qarşılaşdıq. Diqqətimizi çəkən məqamlardan iri də Fondun “Dəyərlərimiz” adı ilə bəyan etdiyi prinsiplər oldu: Etibarlılıq, Şəffaflıq, Peşəkarlıq və Dəqiqlik.
Şəffaqlıqdan başlayaq… Fondun elan etdiyi qrantlar, layihələr və müsabiqələr bölməsində heç bir məlumat yox idi. 1 il 6 ay ərzində həyata keçirilən layihələr, maliyyələşdirilən qrantlar barədə heç bir rəsmi hesabata rast gəlmədik. Ümumiyyətlə, Nizamnamə fondu 500 000 manat olan Fondun fəaliyyətində şəffaflıqla bağlı hansısa rəsmi sənədə rast gəlinmədi.
Fondun saytında gözə dəyən əsas xəbərlər isə icraçı direktor Elşad Əliyevin xarici səfərləri və keçirdiyi görüşlər ilə bağlı fotolar və xəbərlər oldu. Məlum oldu ki, bu müddət ərzində Elşad Əliyev və Fondun əməkdaşları İsveçrə, İsrail, İspaniya, İtaliya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə və digər ölkələrdə səfərlərdə olub, müxtəlif görüşlər keçiriblər. Bu səfərlərin nəticələri, reallaşdırılan layihələr və Fondun elan etdiyi qrantlar barədə hər hansı məlumat, hesabat və sənədlərə rast gəlinmədi.
Halbuki, Azərbaycanda ən böyük fondlar – Neft Fondu, Gənclər Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və digər qurumlar ildə bir-neçə dəfə hesabatlarını bəyan edir və qrant layihələrini təqdim edirlər.

Araşdırmamız davam edəcək…

Diaspora.az

Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti nə dərəcədə effektiv və şəffafdır?! – 500 000 manat hara xərclənir?



Şərhlər

XƏBƏR LENTİ