SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 4G “Nar” şəbəkəsi artıq Zərdabda!

4G “Nar” şəbəkəsi artıq Zərdabda!

Tarix:

8-11-2019, 17:11

/ 837 dəfə oxundu.
4G “Nar” şəbəkəsi artıq Zərdabda!

Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə dairəsini genişləndirməyə davam edir.

Mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb. Bununla da, “Nar” 4G texnologiyalı baza stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun regionlarda quraşdırdığı 4G baza stansiyalarınını sayı 1400-dən çoxdur.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, bölgələrdə yaşayan abunəçilərinə də xüsusi diqqəti ilə seçilir və regionlarda da 4G baza stansiyalarının sayını sürətlə artırır. Hazırda ölkə əhalisinin 92%, ölkə ərazisinin isə 74,3%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlanır.

Eyni zamanda, “Nar” Azərbaycanın ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Mobil operatorun 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Hazırda “Nar” 8600-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ