SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Türk şirkəti deputatın oğlunu məhkəməyə verdi

Türk şirkəti deputatın oğlunu məhkəməyə verdi

Tarix:

3-04-2017, 14:48

/ 13 400 dəfə oxundu.
Türk şirkəti deputatın oğlunu məhkəməyə verdi

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Öz-AK” Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb.
Eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
Yasamal rayon məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər.
İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.
Deputat X.Kazımlı açıqlamasında məlumatı təsdiqləyib: “Bu barədə Samirlə danışın. Mənim ətraflı məlumatım yoxdu”.

Şərhlər

XƏBƏR LENTİ