SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rektor Ədalət Muradovdan Birinci vitse-prezidentə ŞİKAYƏT

Rektor Ədalət Muradovdan Birinci vitse-prezidentə ŞİKAYƏT

Tarix:

27-10-2019, 15:46

/ 1 236 dəfə oxundu.
Rektor Ədalət Muradovdan Birinci vitse-prezidentə ŞİKAYƏT

<>ın Araşdırma Qrupu Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi…

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi, başdan-başa Azərbaycan dövlətinin iqtisadi siyasətinin əleyhinə olan, «Əsrin müqaviləsi»ni ələ salan, səmərəsiz olması barədə geniş subyektiv, qeyri-milli maraqlara xidmət edən fikirlər yer alan “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası barədə Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət göndərildi.
Müraciətə adı çəkilən doktorluq dissertasiyasının PDF formatda diski və monrqrafiyanın surəti göndərilib.

Müraciətdə deyilir:

Çox hörmətli Mehriban xanım!

Elm və təhsil, eləcə də mədəniyyət sahəsindəki fədakar fəaliyyətiniz, bu sahəyə diqqətiniz bizi bu müraciəti Sizə göndərməyə sövq etdi.

Bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradov 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Qeyd olunan doktorluq dissertasiyasından götürülmüş sitatlar əsasında «Təzadlar» qəzetinin 15 oktyabr 2019-cu il tarixli sayında heç bir şərh verilmədən yazı təqdim olunmuşdur və həmin araşdırma məqaləsini də Sizə göndəririk. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin Şah əsəri olan «Əsrin müqaviləsi»ni əsassız olaraq gözdən salmağa çalışan, ölkənin iqtisadi dirçəlişində mühüm rol oynamış və hazırda da rol oynayan belə bir beynəlxalq əhəmiyyətli layihənin ətrafında mənfi rəy yaratmağa çalışan, bunu doktorluq dissertasiyasında dünyanın rusdilli ictimaiyyətinə çatdıran rektor Ədalət Cəlal oğlu Muradovun fəaliyyətinin yoxlanılmasına zərurət vardır. Bizdə ciddi şübhələr vardır ki, Ə.Muradov Azərbaycan dövlətinin iqtisadi-maliyyə rıçaqlarını heçə endirən namizədlik dissertasiyasını 1993-cü ildə, doktorluq dissertasiyasını isə 1998-ci ildə Ukraynada müdafiə etmişdir. Rus dilində adi səviyyədə danışan bir şəxsin peşəkar səviyyədə yazılmış doktorluq və namizədlik dissertasiyanı ortaya qoyması mümkünsüzdür. Bu isə onun başqa millətlərin nümayəndələri tərəfindən yazılması şübhələrini ortaya qoyur. Xüsusən də qeyd olunan dissertasiyada istifadə edilərək Azərbaycan dövlətini və siyasi hakimiyyəti səriştəsiz adlandıraraq (hansı ki, həmin illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə idi), Azərbaycanın iqtisadi maraqlarını nəzərə almadan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının mümkünsüzlüyü rəyini yaradan fikirlərin səsləndirilməsi yalnız düşmən ölkənin nümayəndəsinin qələmindən yazıla bilər. Bu isə o şübhələri bir daha artırır ki, dissertasiyanın müəllifi Ukraynada iqtisadçı erməni alimlərin təsiri altında olub, yaxud onlarla sıx əməkdşlıq edib və s.

Hörmətli Mehriban xanım!

Fikrimizi əsaslandırmaq üçün doktorluq dissertasiyasından götürülmüş bəzi sitatlara diqqətinizi cəlb etmək istəyirik:
«- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, (1, s. 323).
-Xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).

– Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir.Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir(1, s. 314-315; 2, s. 155).

-Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).
– Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur… Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Proqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar (Bu rəqəm düşmənlərimizin arzuladığı ola bilər. Red.) təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni siyasi hakimiyyətə olan inam və ümidlərdən- Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
– Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan (İroniyaya diqqət edin.Red) bir neft kontraktlarıdır… Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydasının ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
-Hakimiyyətin xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasəti ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)

– Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə gələcəkdə Azərbaycan xalqının rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürüləcəkdir (1, s. 295; 2, 142)».
Hesab edirik ki, bu cür doktorluq dissertasiyası yazan, Azərbaycan hakimiyyətinin, xüsusən də dövlətimizin iqtisadi layihə kimi dünyaya təqdim etdiyi «Əsrin müqaviləsi»ni dünyanın gözündən salmağa çalışan bir məmurun barəsində araşdırılma aparılması olduqca vacibdir. Odur ki, bunları nəzərə alaraq aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirik.

Redaksiyadan: müraciətin bir surəti də Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Fərəh xanım Əliyevaya da göndərilmişdir.

//Təzadlar

Şərhlər

XƏBƏR LENTİ