SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM

İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM

Tarix:

16-10-2019, 16:46

/ 853 dəfə oxundu.
İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7 milyon manat ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ