Sentyabrda yağan qar nəyə işarə edir? - Ekoloqdan qorxulu proqnoz
Xəbər verdiyimiz kimi, dünən Qax və Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb.
Bəs sentyabr ayında bu hal normaldır mı? Bu qar bizə nəyi işarə edir?
Bu barədə “Yeni Sabah”a danışan ekoloq Telman Zeynalov bunun iqlimin şıltaqlığı olduğunu deyib:
“Son dövrlərdə yayıblar ki, qlobal istiləşmə gedir. Birincisi, biz bu yayın istisini görmədik,sərin keçdi. İkincisi də, sentyabr ayının əvvəlində dağlara qar düşüb. Bu onu göstərir ki, tədricən soyuma prosesinə gedirik.Təbiətdə gedən istiləşmə 1995-ci ildə dayanıb. O vaxtdan bəri havalar tədricən başlayıb soyumağa. Gah 5-10 gün çox isti olur, gah da soyuq olur. Bu iqlimin şıltaqlığıdır".
Ekoloq hava anomaliyaları ilə bağlı maraqlı fikirlər səsləndirib:
"Mənim fikrimcə, həm də meteoroloji silahlardan istifadə edirlər. Heç kim buna inanmır, ancaq bu reallıqdır. Bunu deyə bilmərəm ki, qışımız sərt keçəcək. Bir neçə ildir ki, qar görmürdük, bu il görəciyik”.
Ekoloq hava anomaliyalarının səbəb olduğu faciələrə də toxunub:
“Bilirsiniz, çox çirkin iqlim oyunları gedir, bu su qıtlığı, ərzaq qıtlığı, müxtəlif xəstəliklər və s. ilə nəticələnir. Bu ondan xəbər verir ki, bu oyunun məqsədi əhalini qırmaqdır. Hamı da çox gözəl bilir, kimlərdir onlar. Yadınıza salın 2012-ci ilin dekabrını, guya dünyanın sonu idi. Nə oldu dünyanın sonu mu oldu? Xeyr. Lakin mağazalarda müddəti çıxmış, saxta, köhnə mal və materialları satdılar. Bütün bunlar çirkin bir oyundur”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb