SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt Təmizlik Departamenti şəhəri belə zəhərləyir - ŞİKAYƏT

Sumqayıt Təmizlik Departamenti şəhəri belə zəhərləyir - ŞİKAYƏT

Tarix:

2-09-2019, 10:09

/ 1 058 dəfə oxundu.
Sumqayıt Təmizlik Departamenti şəhəri belə zəhərləyir - ŞİKAYƏT

Son günlər Sumqayıt Təmizlik Departamenti Sumqayıt-Corat dənizkənarı magistral yolunun kənarındakı zibil qutularının axşam saatlarında yandırılması prosesini həyata keçirir. Məqsəd daşınma xərclərinə qənaət etmək və artıq qazanc əldə etmək məqsədi olduğu deyilir.

Mənbənin GUNinfo.az bildirdiyinə görə, yandırılan zibil qutularından qalxan qatı tüstünün ətraf ərazilərdə məskunlaşan sakinlərin, habelə sözügedən magistraldan istifadə edənlərin ciddi narahatlığına səbəb olduğunu bildirib. Departamentin yaradığı tüsü çənbəri vətəndaşların haqlı narazılığına səbəb olsada, belə halın ziyanı rəhbərliyi heç də düşündürmür.

Onuda qeyd edək ki, aylar öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev 4000 manat məbləğində cərimələyib. Görünür Rahim Mustafayev hələdə bundan nəticə çıxarmayıb.

Şərhlər

XƏBƏR LENTİ