Artur Rasizadə qərar verdi: yeni MMC yaradıldı
Sumqayıt şəhərindəki Dənizkənarı Bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Bununla bağlı baş nazir Artur Rasizadə qərar imzalayıb.
Qərara əsasən, “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.
“Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan üç yüz min manat vəsait ayrılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...