Valideynlərin peyvənd dərdi - Bunlar dövlət xəstəxanalarında niyə yoxdur?
Bütün dünyada AKDS (tetanus) kimi tanınan GDT peyvəndi Azərbaycanda iki fərqli şəkildə vurulur. Sosial şəbəkələrdə yayılan məlumata görə, özəl klinikalarda bu peyvənd zəiflədilmiş şəkildə istifadə olunduğu halda, dövlət xəstəxanalarında isə adi formada vurulur. Ancaq dünya həkimləri də GDT peyvəndinin yüngülləşdirilmiş formada vurulmasını tövsiyə edirlər.
Bəs bu peyvəndi özəl xəstəxanalarda vurdurmağa imkanı çatmayanlar hansı fəsadlarla üzləşə bilərlər?
Pediatr Günay Rəsulova məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında deyilənləri təsdiqləyib.
Onun sözlərinə görə bu peyvəndin zəiflədilməsi onun əks təsirlərinin üzə çıxması ehtimalını azaldır:
“Zəiflədilmiş peyvənd dedikdə,peyvəndin antigenlik xüsusiyyətinin zəiflədilməsi nəzərdə tutulur. Lakin bu zəiflədilmə, onun immunitet yaradıcı xüsusiyyətini dəyişmir. Misal üçün, göy öskürək əleyhinə antigen özəldə asellular, dövlətdə sellular formadadır. Belə izah edim. Birinci, mikrob hüceyrəsinin kiçik hissəcikləri, digəri bütöv hüceyrənin özüdür. Bütöv hüceyrə olanda əks təsirləri, yeni peyvənddən sonra yaranacaq əlavə təsirlərin - qızdırma, yerli şişkinlik kimi halların müşahidə olunması ehtimalı artır. Digərində isə bu ehtimal daha azdır. İmmunitet isə hər 2 peyvenddə eyni cür əmələ gəlir. Nəticə dəyişmir”.
Pediatr peyvəndlərlə bağlı digər bir problemə - dövlət xəstəxanalarında suçiçəyi peyvəndinin olmaması məsələsinə də aydınlıq gətirib.
“Dövlətdə suçiçəyi peyvəndi heç vaxt olmuyub, elə indi də yoxdur. Amma xarici ölkələrdə var. Xaricdə olub da, bizdə olmayan tək su çiçəyi deyil, çox peyvənd var. Bunlara rotavirus, ,hepatit A, meningit peyvəndlərini misal göstərə bilərik. Bunların bizdə olmamasının səbəbi isə maliyyə-iqtisadi çatışmazlıqlarla əlaqəlidir”, - deyə pediatr əlavə edib.
Qeyd edək ki, sosial şəbəkədəki sağlamlıqla bağlı qruplarda bir çox valideyn özəl xəstəxanalarda su çiçəyi peyvəndinin 120-150 manat arasında olduğunu qeyd edirlər. Bu peyvəndin dövlət xəstəxanalarında olmaması isə narazılılığa səbəb olur.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb