İradə Gülməmmədova sakinlərlə görüşdü
Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib.
Abşeronda görülən işlərdən, rayondakı yeniliklərdən danışan İ.Gülməmmədova qeyd edib ki, Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastrukturun tələbatı qarşılamadığını, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını vurğulayan başçı artıq nəzərdə tutulan işlərin böyük bir qisminin görüldüyünü söyləyib.
O əlavə edib ki, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov və Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov hesabat xarakterli çıxış ediblər.
Daha sonra şəhər sakinləri onları maraqlandıran suallar ətrafında danışıblar. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb