SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dənizdə itkin düşən pilotumuzun Fotosu

Dənizdə itkin düşən pilotumuzun Fotosu

Tarix:

25-07-2019, 15:06

/ 895 dəfə oxundu.
Dənizdə itkin düşən pilotumuzun Fotosu

Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a bildirib ki, qəzaya düşən pilot onun kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir.

“Rəşad mənim kürəkənimdir. 20 ildən çox idi ki, xidmət edirdi. Polkovnik-leytenant rütbəsini daşıyırdı. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”.

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.

Şərhlər

XƏBƏR LENTİ