SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir

Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir

Tarix:

23-07-2019, 10:44

/ 838 dəfə oxundu.
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir

Nazir ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib
Azərbaycanda narazılığın son həddə çatdığı, insan sağlamlığını gəlir,biznes sahəsinə çevirən, qeyri-adi, bənzərsiz əməliyyatları ilə gülüş,lağ obyektinə çevrilən, Oqtay Şirəliyevin əlində oyuncağa dönən səhiyyə sistemində hər gün yeni-yeni biabırçı olaylar yaşanmaqdadır. İnsanların təkcə sağlamlığını deyil,həm də inamını məhv edən səhiyyə sistemi bir qrupun əlində girova çevrilib. Qohumbazlığın, korrupsiya və rüşvətin pik həddə çatdığı səhiyyə sistemi tənəzzülün bir addımlığındadır. Amma, O.Şirəliyev və onun "ağxalatlı mələkləri” bütöv bir sistemi təcrübə laboratoriyasına çevirməkdə davam edirlər. Oqtay Şirəliyevin səhiyyə sistemi adına növbəti biabırçılıq C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yaşanır. Bir müddət əvvəl instituta direktor təyin olunan Gülnaz Dadaşova şərikinin qohumu kimi deyəsən rəhbərlik etdiyi sahəni məhv etməyi qarşısına məqsəd qoyub. Çünki, burada baş verənlərə nəzər saldıqda başqa cür düşünməyə imkan yeri qalmır. İlk öncə ondan başlayaq ki, G.Dadaşova vəzifəyə O. Şirəliyevin təzə qudalığının "şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib. Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub. Təzə direktorun əsas "islahatları” isə kadr sahəsində olub. Məhz bu "islahatlar” Kardiologiya İnstitutunun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb. Aktual.az saytına verilən məlumatlara görə bu komandanın əsas simaları qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova, II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcova, intensiv terapiya şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Təvəkkül Yusifovdur. Təzə direktorun etimadını qazanan və görən gözlərinə, vuran əllərinə çevrilən bu komanda üzvləri institutda acınacaqlı vəziyyət yaradıblar. İllərlə burada çalışan, təcrübəli, nüfuzlu mütəxəssislər səbəbsiz olaraq işdən qovulub, əvəzində Gülnaz xanımın "tələblərinə” cavab verən yeni kadrlar işə alınıblar. Təcrübəli həkimlərin işdən uzaqlaşdırıldığı institutda isə xəstələrin taleyi təcrübəsiz direktorun və Allahın ümidinə qalıb. Aktual.az saytına verilən məlumatlara görə, Kardiologiya Institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. Göründüyü kimi O.Şirəliyevin təzə qohumunun əməlləri Kordiologiya İnstitutunu məhvə sürükləyir. Görünür cənab nazir institutun indiyə qədərki vəziyyətindən narazı qalıbmış. O səbəbdən də ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib. Məhv oluruq, cənablar, görmürsünüzmü?

Aktual.Az

Şərhlər

XƏBƏR LENTİ