SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏMDK-nin sədr müavini Rafiq Cəlilovun Zərdabda keçirəcəyi qəbulun vaxtı dəyişilmişdir

ƏMDK-nin sədr müavini Rafiq Cəlilovun Zərdabda keçirəcəyi qəbulun vaxtı dəyişilmişdir

Tarix:

23-07-2019, 10:34

/ 1 185 dəfə oxundu.
ƏMDK-nin sədr müavini Rafiq Cəlilovun Zərdabda keçirəcəyi qəbulun vaxtı dəyişilmişdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 26 iyul tarixinə keçirilmişdir.
Komitənin sədr müavini Rafiq Cəlilov Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər. Qəbul 26 iyul 2019-cu il tarixində saat 11:00-da Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi:
(02021) 3-01-13, (02029) 6-40-43
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi:
(02021) 3-02-74, (02029) 6-62-83

Şərhlər

XƏBƏR LENTİ