SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident onu vəzifədən azad etdi – Yeni təyinatlar

Prezident onu vəzifədən azad etdi – Yeni təyinatlar

Tarix:

19-07-2019, 18:53

/ 1 220 dəfə oxundu.
Prezident onu vəzifədən azad etdi – Yeni təyinatlar

Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi M.S.Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.

Prezidentin digər sərəncamı ilə İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ