SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Balaca Səidəfəndinin köməyə ehtiyacı var... - Mehriban Əliyevaya müraciət olundu

Balaca Səidəfəndinin köməyə ehtiyacı var... - Mehriban Əliyevaya müraciət olundu

Tarix:

8-07-2019, 08:27

/ 818 dəfə oxundu.
Balaca Səidəfəndinin köməyə ehtiyacı var... - Mehriban Əliyevaya müraciət olundu

Zaqatala rayonu Danaçı kənd sakini Əliyev Rüstəm Rəcəb oğlu tərəfindən
MÜRCİƏT
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasında xəstə, əlil uşaqların himayədarı hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli Mehriban xanım 14 iyul 2012-ci il tarixdə mənim ailəmdə 5 əkiz uşaq doğuldu.Onların dördü bir həftə ərizndə öldü bir oğlum Səidəfəndi sağ qaldı.İndi balaca Səidəfəndinin 7 yaşı var. O anadan gəlmə lal kardı.Eşitmir buna görə ona əlillik təyin olunub pensiya alır. Balaca Səidəfəndinin qulağını müayinə edən həkimlər deyir ki, onun qulağının tam eşitməsi və danışması üçün müalicə İran və Türkiyə respublikasında mümkündür.Buna isə bizim maddi imkanımız yoxdur.Ailədə beş nəfərik heç kəs işləmir.Maddi imkanımız sıfıra bərabərdi. Allah dərd verəndə dərmanında verir. Balaca Səidəfəndi çox bacarıqlı uşaqdı. Ancaq danışa bilmir, eşitməsi çox ağırdı.Qulağına eşitmə aparatı tətbiq edilib.
Biz ümüdümüzü Mehriban xanım Əliyevaya bağlamışıq.Hörmətli Mehriban xanım ailəm adından Sizdən çox-çox xahiş edirəm 7 yaşlı oğlum Səidəfəndinin Türkiyə və ya İran respublikasında mülaicə olunmasına köməklik göstərəsiniz.
Əlaqə telefonu; 050 656-82-09
Balaca Səidəfəndinin köməyə ehtiyacı var... - Mehriban Əliyevaya müraciət olundu
Balaca Səidəfəndinin köməyə ehtiyacı var... - Mehriban Əliyevaya müraciət olundu

Şərhlər

XƏBƏR LENTİ