XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi
4-07-2019, 15:28

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

İyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.