Azərbaycanda xəstəyə dəymiş zərər ödəniləcək - həkim səhlənkarlığına görə
Azərbaycanda həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərər ödəniləcək.
Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyinə 2019-2020-ci illər ərzində həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq və təqdim etmək tapşırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərərin ödənilməsi mexanizminin tətbiq olunmasını təmin etməlidir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb