Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri qidadan zəhərlənib? - İDDİA
Aldığımız reyri-rəsmi məlumata görə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzov bir neçə gün əvvəl qidadan zəhərlənib. Onun hansı şəraitdə (məclisdə, yaxud evdə) və hansı qidadan zəhərləndiyi barədə məlumat yoxdur.
Mənbənin verdiyi məlumatda bildirilir ki, Agentlik rəhbəri böyük ehtimalla həmin qidanın istehsal olunduğu, yaxud satıldığı obyektdə əməkdaş göndərmək məqsədi ilə axşam saatlarında rəhbəri olduğu qurumun “Qaynar xətti”nə zəng edib, lakin zəngə cavab verən olmayıb.
Bundan bərk əsəbləşən Agentlik rəhbəri səhər işə gələn kimi işçilərin iş qrafikində dəyişiklik edir. Belə ki, o günə kimi saat 9:00-dan 18:00-dək davam edən iş saatı əməkhaqqında heç bir artım edilmədən saat 21:00-dək uzadıldığı barədə qərarını elan edir.
Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Agentlik rəhbəri Qoşqar Təhməzovun tapşırığı əsasında, günboyu operativliyi təmin etmək məqsədi ilə qrafiklə gecə növbəsi təşkil olunacaq.
Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.
Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Millətinsəsi.info

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb