Azərbaycanda baxçada vəhşilik: - "uşağı döydülər sonra cəmi 300 manat ödəyib..."
Azərbaycanda baxçada növbəti dəfə azyaşlı uşaq döyülüb.
BiG.AZ xəbər verir ki, ana bildirib ki, qızı Dilbər 2015-cı ildə “Qərənfil” dövlət uşaq bağçasının tərbiyəçisi Tacirli Sevinc Vaqif qızı tərəfindən dəfələrlə döyülüb. 3 ildən artıq istintaq prosesi aparıldı. Hətta qızımın həmin müəllimə tərəfindən döyüldüyü də təsdiq edilsə də inzibati cəza verilib. Çünki müəllimənin qızımı döydüyü sübuta yetirilsə də bu halın dəfələrlə təkrarlandığı təsdiqlənmədi. Bir insana işgəncə vermək üçün onun dəfələrlə döyülməsimi lazımdır? Məhkəmə Sevinci cəmi 300 manat cərimələyərək əvvəlki vəzifəsinə geri qaytarılıb və cəzasız qalıb. Sevinc təkcə mənim qızımı deyil, hətta başqa uşaqları da döyüb. Onun haqqında Bakı Şəhər Təhsil İdarəsinə və Ombudsmana da şikayətlər olub".
“Qərənfil” dövlət uşaq bağçasının müəlliməsi Elminaz Qəmbərova bildirib ki, Sevinc Tacirli ilə ilərdir ki, işləyirəm:"Onun psixoloji durumu yerində deyil. Onun uşaqlarla işləməsi onların həyatı üçün təhlükə yaradır. Hətta dəfələrlə uşaqlar və anaları onunla bağlı mənə şikayətlər ünvanlayıblar. Onlar deyir ki, biz Sevinc müəllimədən qorxuruq". 



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb