30 iyul hərracı: özəlləşdirməyə hansı dövlət əmlakları çıxarıldı?
Əmlak Məsələləri Dövlət Komitəsi iylun 30-da keçiriləcək hərrac haqqda açıqlama yayıb.
Komitədən verilən məlumata görə, keçirilən açıq hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi, investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir.
30 iyulda keçiriləcək hərracda satışa çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər.
Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonunda yerləşən “Oğuz Kəndkimya”-dır. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir.
Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. Nissan, Renault, Hyundai və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb