SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Tarix:

28-06-2019, 19:32

/ 1 033 dəfə oxundu.
Azərbaycan nümayəndə heyəti  beynəlxalq tədbirdə iştirak etmişdir

İyunun 24-dən 26-dək Budva şəhərində Monteneqro Ali Məhkəməsinin təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və qanunsuz miqrasiya” mövzusunda beynəlxalq regional konfrans keçirilmişdir.

Tədbirdə ölkəmizi Ali Məhkəmənin hakimi, hərbi kollegiyanın sədri Əziz Seyidov, Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov təmsil etmişdir.

Azərbaycan nümayəndə heyəti konfransın işində fəal iştirak edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, ölkəmizin beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın bütün təzahürləri ilə mübarizəyə verdiyi töhfələr və ölkəmizdə formalaşan səmərəli hüquq mühafizə sistemi haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə ümumbəşəri bəla olan terrorçuluqla mübarizədə informasiya mübadiləsi və beynəlxalq hüquqi yardımın təmin edilməsinin əhəmiyyəti, qeyri-qanuni miqrasiya və terrorçuluğun maliyyələşdirilməsinin hüquqi və etik aspektləri müzakirə olunmuş, bu sahədə beynəlxalq təcrübəyə dair geniş fikir mübadiləsi aparılmışdır.

Şərhlər

XƏBƏR LENTİ