SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Tarix:

13-12-2019, 15:31

/ 682 dəfə oxundu.
Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə  heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Dekabrın 10-dan 12-dək İsveçin paytaxtı Stokholm şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının növbəti iclası keçirilmişdir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev təmsil etmişdir.
Beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də ayrı-ayrı dövlətlərin 130-dan artıq nümayəndəsinin iştirak etdiyi "Korrupsiyanın əsas mexanizmlərinin təhlili - qlobal çağırışlar və qabaqlayıcı tədbirlər" mövzusunda keçirilən iclasda İsveç Krallığının yüksək vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında təcrübə mübadiləsi, bu sahədə yaranan problemlərə dair müvafiq müzakirələr aparılmış, paralel panellər çərçivəsində antikorrupsiya təhsili sahəsində yeni ehtiyaclar və çağırışlar, dövlət satınalmaları və Avropada aparılan antikorrupsiya tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan mütərəqqi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və qanunvericilik islahatları barədə ətraflı məlumat vermişdir. Anti-korrupsiya təhsilinin korrupsiyanın qarşısının alınmasında vacib komponentlərdən biri olduğu nəzər alınaraq, qurumun üzvlərinə nəzəri cəhətdən praktik biliklərə keçməyə imkan verən yeni metodologiyanın hazırlanması təklif edilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar maraqla qarşılanmışdır.
İclasda təşkilati məsələlərə baxılaraq qurumun rəhbər heyətinə seçkilər keçirilmiş və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul edilmişdir.

Şərhlər

XƏBƏR LENTİ