SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləsuvarda yol tikintisinə 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

Biləsuvarda yol tikintisinə 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix:

28-06-2019, 17:47

/ 862 dəfə oxundu.
Biləsuvarda yol tikintisinə 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla on iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ