Moskvada keçirilən Forumda DOST konsepsiyasının təqdimatı olub
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən III Regionların Sosial İnnovasiyalar Forumunda Azərbaycanın DOST konsepsiyasına dair geniş təqdimat olub.
Tədbirdə müxtəlif ölkələrdən nazirlər, qubernatorlar, sosial sahə ilə bağlı hökumət və qeyri-hökumət qurumlarının, biznes strukturlarının, ekspert cəmiyyətləri və könüllülər hərəkatlarının nümayəndələri iştirak ediblər. Sosial sahədə İT-in tətbiqi, bunun idarəçilik və əhaliyə xidmət proseslərinə təsiri, həmçinin potensial risklər, müvafiq sahədə rəqəmsal texnologiyaların tətbiqinin üstünlükləri və mümkün fəsadları, eləcə də digər məsələlər müzakirə olunub.
Forum zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev DOST konsepsiyasına dair geniş təqdimatla çıxış edib. Azərbaycanın dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ təcrübəsi olan DOST layihəsi Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bundan başqa, Forumda “Milli layihələrin reallaşdırılmasında innovasiya layihələri və texnologiyaları”, “Milli layihələrin reallaşdırılmasında qeyri-kommersiya təşkilatlarının rolu”, “Əhalinin məşğulluğu siyasətində innovativ yanaşmalar”, “Könüllüyə dəstək standartı”, “Gümüş yaşda insanlar üçün təhsil: istəklər və imkanlar”, “Sosial sahənin inkişafında texnologiyalar: sinerji, texnologiyalar, həllər” və s. mövzularda sessiyalar keçirilib.
Rəsmi proqramdan əlavə, forum zamanı əlil şəxslərin əl işləri sərgiləri, müxtəlif kollektivlərin səhnəcikləri, xeyriyyə teatr tamaşaları və konsert proqramlarının nümayişi də təşkil edilib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb