Məcburi köçkün ailəsindən Rövşən Rzayevə müraciət: “Bizi xilas edin“

AzFakt.com-a göndərilən müraciətdə ailə başçısı İbadət Tanverdiyev bildirir ki, 27 ildir çiy kərpicdən tikdikləri daxmada məskunlaşıblar. Bu 26 ildə dövlətə olan inamlarını itirməyən Tanverdiyevlər ailəsi Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən xahiş edirlər ki, onları Xocavənd rayonunda məcburi köçkünlər üçün inşa edilmiş mənzillərdən biri ilə təmin edilməsinə köməklik göstərsin.
Məcburi köçkün ailəsi qeyd edir ki, bir neçə dəfə Komitənin Beyləqandakı nümayəndəliyinə müraciət etsələr də, onlara məsələ ilə yuxarı qurumlar məşğul olduğunu bildiriblər və onlara müraciət etməyi məsləhət görüblər.
Ağır iztirab içində yaşayan Tanverdiyevlər ailəsi ümid edirlər ki, Rövşən Rzayev onların 26 illik zülmünə son qoyacaq və sevindirəcək.




