SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı

Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı

Tarix:

5-06-2019, 12:14

/ 1 168 dəfə oxundu.
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı

Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin qala konserti və bağlanış mərasimi keçirilib.

04 iyun 2019-cu il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin qala konserti və bağlanış mərasimi keçirilib.

Qala konsertdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 150 nəfər fəal yeniyetmə və gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. P.Mustafayev qeyd etdi ki, gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, gerisi isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı bir adamına çevrilmək hər bir adi gəncin əlindədir, sadəcə verilmiş bu şanslardan istifadə etmək yaradıcı gənc kimi yetişməyə kifayət edər.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilirlər. Azərbaycanın elə bir guşəsi yoxdur ki orada yaradıcı gənclər olmasın, həmçinin onlara qayğı və şərait göstərilməsin. N.Novruzov vurğuladı ki, həmçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək təşkilatlar yaradılır.

Sonra qala konsertdə müxtəlif nominasiyalar üzrə qalib gələn gənclər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olmuşlar. Qeyd edək ki, müsabiqədə “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Tibb Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, 178 saylı tam orta məktəbin, 93 saylı tam orta məktəbin, Məktəb-Lisey Kompleksin, 291 saylı “Ekologiya” liseyin, 73 saylı tam orta məktəbin, 34 saylı tam orta məktəbin, 7 saylı peşə liseyin şagirdləri iştirak etmişlər.

Sonda təşkilatçılar tərəfindən “Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin təşkilində yaxından köməklik göstərdiyinə görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova və Nəbi Quliyev fəxri fərmanlarla təltif olunmuşlar.
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" - qala konserti və bağlanışı

Şərhlər

XƏBƏR LENTİ