Nazir Dünya Bankının regional direktoru ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüş olub.
Nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə M.Tembona məlumat verib.
Nazir bildirib ki, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradan özünüməşğulluq proqramına cəlb edilənlərinin sayı ötən il 6,5 dəfə artırılaraq 7267 nəfərə çatıb. Bu il isə proqrama 10 minədək işsiz və işaxtaran şəxsin cəlb edilməsi nəzərdə tutulub. Dünya Bankı ilə əməkdaşlıq imkanlarından istifadə edilməklə, gələn il üçün proqram iştirakçılarının sayının 15 minə çatdırılması hədəfi müəyyən edilib.
Xanım M.Tembon ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirlməsi sahəsində önəmli addımlar atılmaqla bərabər, bu qrupların səmərəli özünüməşğulluğuna, kiçik biznes imkanlarına yiyələnmələrinə şərait yaradılması üçün icra edilən özünüməşğulluq proqramının təqdirəlayiq olduğunu vurğulayıb. O bu proqramın ildən-ilə daha çox ailəni əhatə etməsi üçün aparılan işlərdə Dünya Bankının öz dəstəyini vermək əzmində olduğunu qeyd edib.



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur