Xanım başçı uşaqlara hədiyyə verdi - FOTO
Bu gün Abşeron rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. Xırdalan şəhərindəki Mədəniyyət Evində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun təhsil ocaqlarının müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Uşaqların bayramını təbrik edən İ.Gülməmmədova bildirib ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan başçının sözlərinə görə, məhz ümummilli liderin tapşırıq və tövsiyələrindən sonra uşaqlarımızın problemlərinin həlli, onların sosial təlabatlarının qarşılanması, təhsil-tərbiyə və asudə vaxtlarının səmərəli təşkili həyata keçirildi. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, uşaqlarımızın müdafisəi istiqamətdə çox mühüm sənədlərin imzalandığını, müxtəlif layihələrin həyata keçiridiyini vurğulayan başçı söyləyib ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün hazırda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.
Respublikanın hər yerində olduğu kimi Abşeronda da müasir körpələr evi-uşaq bağçalarının tikildiyini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən İ.Gülməmmədova vurğulayıb ki, bu kimi layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır”.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışan başçı qeyd edib ki, bu diqqət və qayğının hər bir uşaq öz gündəlik həyatında hiss etməkdədir.
Daha sonra istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.
Sonda uşaqlara Rayon İcra Hakimiyyəti başçısının adından hədiyyələr verilib.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...