SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Atlas" Klinikası itirilmiş nüfuzunu bərpa edə biləcəkmi?

"Atlas" Klinikası itirilmiş nüfuzunu bərpa edə biləcəkmi?

Tarix:

30-05-2019, 10:11

/ 901 dəfə oxundu.
"Atlas" Klinikası itirilmiş nüfuzunu bərpa edə biləcəkmi?

Yeni kollektiv bunu bacaracaqmı?

Azərbaycan səhiyyəsində "qısa müddətdə" silinməz izler buraxan "Atlas" Klinikasının keçmiş fəaliyyetinə nəzər saldıqda, media üzərindən araşdırma apardıqda təəccüblənməmək mümkün deyil. Zatən ölkənin səhiyyə sistemi zaman-zaman bizləri təəccübləndirməyi bacarıb. Elə "Atlas" Klinikasının da tibb aləmində formalaşdırdığı imici korrupsiyanın və rüşvətin üzərində qurulub.

Xatırladaq ki, klinika yol verdiyi qanunsuzluqlara göre 2014-cü ildə fealiyyətini dayandirmağa məcbur qalmışdı. Səhiyyə nazirliyinin verdiyi məlumatlarda klinikanın bağlanması səbəbi kimi bildirilirdi ki, klinika təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar-ginekoloji və doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində nöqsanlar olub. Bu nöqsanları isə saymaqla qurtarmaq mümkün deyil. Klinikada rüşvətxorluq, korrupsiya, vergidən yayınma pik həddə olub. Bu barədə zamanında mediada kifayət qədər melumatlar verilib. Yeqin ki, diqqetli oxucular 39 manatlıq Chek-up müayinəsinin 250-300 manata necə basa gəlməsini, klinikada baş verən fırıldaqlari yaxşı xatırlayırlar. Və yaxud təsəvvür edin ki, 2010-2012-ci illərdə 20-25 min günlük dövriyyəsi olan bir klinikada bir günə 500 manatdan dövriyyə göstərilərək vergidən yayınıb. Hemcinin 15 min gündəlik gəliri olan yerdə 800-1000 manat xronometraj şəklində gələn mütəxəssislərə göstərilərək vergidən yayınma hallarına yol verilib.

Ümumiyyətlə «Atlas Medical Center»də avadanlıqların bərbad vəziyyətdə olduğunu hamıya məlum idi. Hətta adıçəkilən tibb müəssisəsində rentgen aparatı zamanında fenlə qurudulurmuş. Klinikanın dövlət xəstəxanaları ilə işbirliyi yaratdığı, onların göndərişlərinə görə faiz ödədiyi də məlumdur. Məhz belə üzdəniraq fəaliyyətinə görə də "Atlas"ın kitabını baglamışdılar.

Rubrika.Az saytına daxil olan məlumata görə, klinikanın fəaliyyəti tamamilə yeni tərklibdə bərpa olunub. Artıq burada pasiyentlərə fərqli xidmətlərin təklif olunduğu bildirilir. Zamanında İTİRİLMİŞ NÜFUZUN BƏRPA OLUNACAĞINA ÜMİD EDƏN KLİNİKANIN ƏMƏKDAŞLARI BU İSTİQAMƏTDƏ HƏLƏ ÇOX ÇALIŞMALIDIRLAR. Bunu isə necə bacaracaqlarını zaman göstərəcək. Biz də məsələni diqqətdə saxlamağa davam edəcəyik!

Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ