ELN klinikasında nə baş verir? - BAŞ HƏKİM ÜSYANA QALXDI
ELN Klinikasının baş həkimi Ceyhun Bədirov rəhbərlik etdiyi səhiyyə ocağından istefa verib.Klinikanın sahibini sərt ifadələrlə ittiham edən Bədirov istefası barədə bunları yazıb:
“Mən ELN klinikada olan baş həkim, şöbə müdiri və dermatoveneroloq-kosmetoloq vəzifələrimiz tərk edib çıxdım. İşlədiyim müddət ərzində hər dəfə şahidi oldum ki, klinika rəhbərliyinin biznes maraqları insanı dəyərlərdən: tibbin əsas dəyərlərini təşkil edən humanistlikdən, həkimlik etikasından üstündür. Həkimlərdən və tibb personalından yalnız pul qazanmaq üçün bir alət kimi istifadə etmək ruhunda formalaşmış mühitdə işləmək məndə bir tibb işçisi kimi ikrah hissi yaratdı. Dəfələrlə söylənilmiş iradlarıma və təkliflərimə rəğmən hər hansı dəyişiklik baş vermədi. Nəhayət həmin klinikanın qurulub ərsəyə gəlməsində kifayət qədər zəhmətimin verilməsinə baxmayaraq oranı tərk etmək qərarına gəldim”.
Sabiq baş həkimin dedikləri ilə bağlı klinika sahibinin də mövqeyini işıqlandırmağa hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...