SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində pasientlər narazlıq edir – müalicə düzgün aparılmır, menyuda təqdim olunan xörəklər isə keyfiyyətsizdir

“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində pasientlər narazlıq edir – müalicə düzgün aparılmır, menyuda təqdim olunan xörəklər isə keyfiyyətsizdir

Tarix:

29-05-2019, 12:57

/ 2 163 dəfə oxundu.
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində pasientlər narazlıq edir – müalicə düzgün aparılmır, menyuda təqdim olunan xörəklər isə keyfiyyətsizdir

Ölkəmizin səfalı guşələrindən sayılan Naftalan burada çıxan neftin müalicəvi xüsusiyyətinə görə tarixən sanatoriya-kurort şəhəri kimi məşhurdur. Azərbaycanın böyük potensiala malik sağlamlıq turizminin inkişafında da Naftalan nefti xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”na əsasən Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Naftalanda son vaxtlara kimi fəaliyyəti təqdir olunan sağlamlıq mərkəzlərindən biri də “Möcüzəli Naftalan” sanatoriyası idi. Sual oluna bilər: Niyə məhz “son vaxtlara kimi?” Səbəb subyektiv faktorla əlaqəlidir. Sanatoriyaya Elşən direktor təyin olunandan sonra burada xidmətin keyfiyyəti xeyli aşağı düşüb ki, bu da yarıtmaz idarəçiliklə izah olunur. Saytımızın əməkdaşı müalicə və istirahət məqsədilə “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinə müalicə olunması üçün baş vurub və gördüklərindən çox məyus olub. Bildirir ki, burada vəziyyət qətiyyən ürəkaçan deyil. Pasientlərə kurs kimi yazılan müalicə düzgün aparılmır ki, bu da tibbi personalın ya peşəkarlıq səviyyəsinin aşağı düşməsinin, ya da səhlənkarlığının nəticəsidir. “Möcüzəli” sanatoriyada menyuda təqdim olunan xörəklər keyfiyyətsizdir. Əməkdaşımız bildirir ki, özü və onun kimi xeyli pasient sanatoriyanın menyusundan imtina ediblər.

“RealMedia.az”-ın əməkdaşının verdiyi digər məlumata görə, axşamlar sanatoriyanın ərazisinə yerli sakinlər buraxılır, direktor da bu hala göz yumur. Onlar yeyib-içir, hay-küy salır, müalicəyə gələnlərin rahatlığını pozurlar. Xəbərə görə, bu yaxında müəssisəyə müalicə üçün gəlmiş Tapdıq adlı bir pasient ilə yerli sakinlər arasında insident yaranmış və o, möhkəm döyülmüşdür.

Anar Ədalətoğlu, müstəqil analitik

Şərhlər

XƏBƏR LENTİ