SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » KTN-də İÇ SAVAŞ - İnam Kərimov casus axtarır

KTN-də İÇ SAVAŞ - İnam Kərimov casus axtarır

Tarix:

27-05-2019, 15:36

/ 1 262 dəfə oxundu.
KTN-də İÇ SAVAŞ - İnam Kərimov casus axtarır

Son günlər yerli KİV-də Kənd Təsərrüfatı Naziri İnam Kərimov və qurumun digər çalışanları, xüsusən də KTN nəzdində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov barəsində xeyli sayda neqativ informasiyalar yer almaqdadır. Bununla bağlı DİA.AZ-a KTN-dəki mənbələr maraqlı informasiya veriblər.

Mənbənin söylədikləri: "Birbaşa olaraq İnam Kərimov tərəfindən göstəriş verilib ki, kampaniyanın arxasında dayanan qüvvələrin kimliyi bilinsin. Bunun üçün araşdırma aparılır".

Mənbə iddia edir ki, İnam Kərimov daxildəki xainin axtarışndadır: "Güman edilir ki, xain məhz KTN strukturlarındandır. Ona görə də axtarış məhz daxildə gedir".

Qeyd edək ki, DİA.AZ-a bu iç savaşla bağlı dəqiq bilgilər verilib. Bu barədə yaxın vaxtlarda informasiya veriləcək. Bizi izləyin...

Şərhlər

XƏBƏR LENTİ