Eldar Əzizov ağac əkdi... - FOTO
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməclik təşkil edilmişdir. Iməclikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 200 nəfərdən çox insan iştirak etmişdir.
Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülmüş, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
Iməclikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkildi.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində keçirilən iməclik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur