DTX “Heydər zirvəsi”nə yürüş təşkil etdi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Heydər zirvəsi”nə yürüş təşkil edib.
DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, “Heydər zirvəsi”nə yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak ediblər.
Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edib və məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 2-də “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad edib və zirvədə Azərbaycanın dövlət bayrağını ucaldıblar.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur