Prezident bu qanunu imzaladı - Onlar 2500 manat cərimələnə bilərlər
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Bu dəyişiklik daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzaları müəyyən edir.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.
Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur