XalqXəbər.Az

XalqXeber.Az » Sosial » 450 manatadək cərimə oluna bilərsiniz - Prezident daha bir qanuna dəyişiklik etdi

450 manatadək cərimə oluna bilərsiniz - Prezident daha bir qanuna dəyişiklik etdi

450 manatadək cərimə oluna bilərsiniz - Prezident daha bir qanuna dəyişiklik etdi
2-05-2019, 19:54

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bu dəyişiklik ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlərin cəzalandırılması ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə əlavə edilən 3-cü bəndə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.