Azərbaycanda fəaliyyət göstərən "Səhliyalı" şirkətinin "Halal nemət 1000 bərəkət" əmtəə nişanlı kolbasa və sosislərindən redaksiyamıza çox saylı şikayətlər daxil olur.
Şikayətlərə görə kolbasa və sosislərin içindən qurd, siçan nəcisi, tük və s. çıxır.
"Posta.az" bildirir ki, sözügedən şirkətin sahibi mərhum Vahid Bəşirov, İdarə heyəti sədri İlham Bəşirov, direktor Fəxrəddin Bəşirovdur. Belə desək, müəssisəni Bəşirovlar idarə edir.
Siçan nəcisli "HALAL NEMƏT"
Sözügedən şirkət Azərbaycan televizyalarında, seriallarında və s. elə reklam aparır ki, tanımasan quzu ətindən kolbasa istehsal edir deyə düşnərik.
Facebook səhifələrində paylaşımlar, müzakirələr, şərhlər ardı-arası kəsilməyən şikayətlər özünü doğruldur.
Məsələn, istehlakçıları “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi tapmışdı. Bu, bir deyil bir neçə dəfə təkrarlanıb. İlin sonlarına yaxın yenidən "Səhliyalı" şirkətinin “Manqalüstü” sosisindən siçan nəcisi çıxmışdı.
QMİ halallıq vermir, rəsmi qəzet isə…
Bir müddət qabaq “Səhliyalı” şirkətinə aid “Halal nemət, 1000 bərəkət” markasının kiflənmiş kolbasası da aşkarlanmışdı. Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti bu şirkətdən yazmışdı.
Qəzetin yazdığına görə, "Halal nemət, 1000 bərəkət" ticarət nişanı ilə kolbasalar istehsal edən "Səhliyalı" müəssisəsi saxta məhsullar buraxır.
Belə ki, məhsulların üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir.
Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında "Səhliyalı"nın adı yoxdur.
Rəsmi dövlət qəzetinin o zaman yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır.
Qoca ət, qurd, tük…
Hətta, şirkət qoca, südsüz heyvanların ətindən istifadə edir. Bir ara "Halal nemət, 1000 bərəkət" markalı məhsulun içindən qurd çıxması xəbəri də vardı.
Ancaq bununla da bitmir. "Safran səhər" sosilərinin istehsal prosesində sanitar qaydaların kobud şəkildə pozulduğu məlum olmuşdu.
Daha bir istehlakçının sözlərinə görə, mağazadan aldığı sosislərin içindən bir topa heyvan tükü çıxıb.
"Safran səhər" sosislərini Səhliyalı şirkəti “РУССКИЙ ВКУС” markası adında istehsal edir.
Şirkət özünün reklamını belə edə bilmir
Şirkət özünün 8 dəqiqəlik rekklam filmində (https://www.youtube.com/watch?v=0zpy9vdF0fI) kolbasa və sosislərin Avropa istehsalı olan avadanlıqlar vasitəsilə ərsəyə gəldiyindən söhbət açılır. Lakin ətin haradan alınması haqda konkret məlumat verilmir. Videoçarxda kolbasaların istehsalında istifadə olunan ətlərin daşınması qənaətini formalaşdıran səhnə var, amma həmin səhnədə istehsalda istifadə olunan ətlərin birbaşa özünü göstərimirlər. Videoçarxda bir neçə yerdə istehsalda istifadə olunan ətlər ümumi şəkildə, uzaqdan göstərilsə də, həmin ətləri yaxından tamaşaçıya təqdim etməkdən yayınırlar. Kolbasa istehsalı üçün qarışıq məhsulların elevatora tökülməsi səhnəsində isə ağ rəngli, kvadrat şəklində olan, naməlum əlavə də görünür.
Qeyd edək ki, "Halal nemət 1000 bərəkət" Azərbaycan telekanallarında nümayiş olunan bir çox komediya seriallarının sponsorudur. Amma kolbasa istehsalının komediyaya, özü də tragik janrda çəkilən komediyaya çevrilməsi heç də yaxşı hal deyil. Qarşı tərəfin mövqeyini yazmağa hazırıq.
Ardı var...
Posta.az